Suriya müxalifəti Danışıqlar üzrə Ali Komitə yaratdı

Suriya müxalifəti Danışıqlar üzrə Ali Komitə yaratdı
  • DÜNYA

Suriyada hökumət əleyhinə çıxış edən qüvvələrin nümayəndələrinin iştirakı ilə Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda keçirilən konfransın yekununda Danışıqlar üzrə Ali Komitə yaradılıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, quruma 32 nəfər daxil olub, onlardan 10-u silahlı qruplaşmaları, 9-u İstanbulda fəaliyyət göstərən Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyasını təmsil edir. Daha 8 nəfər müstəqil xadimdir, 5 nəfər isə Milli Koordinasiya Komitəsini təmsil edir.

Qeyd edək ki, Danışıqlar üzrə Ali Komitənin tərkibinə həmçinin silahlı qruplaşmalardan cənub və şimal cəbhələrdə vuruşan dəstələrin nümayəndələri, “Əhrar Əş-Şam” və “Ceyş Əl-İslam” radikal silahlı qruplaşmalardan isə müvafiq olaraq hər birindən bir nümayəndə daxil edilib.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR