Suraxanı rayonunda dörd otaqlı ev yanıb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı mansard tipli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.
Yanğın saat 1:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.