Şuranın keçirdiyi II maliyyə müsabiqəsi qaliblərinin nəzərinə!

Şuranın keçirdiyi II maliyyə müsabiqəsi qaliblərinin nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası14 dekabr 2015-ci ildə 2016-cı il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı I maliyyə yardımı müsabiqəsini elan etmişdir.

Elana əsasən, 10 istiqamət üzrə layihə qəbulu həyata keçirilib. Belə ki, Şuranın elektron bazasına ümumilikdə 660 layihə daxil olmuşdur. Bunlardan 110 təşkilatın layihəsi ilkin mərhələdən - seleksiyadan keçməmişdir. 273 layihə ekspertlər tərəfindən keçid balını toplamadığı üçün maliyyələşməmişdir. Bu maliyyə yardımı müsabiqəsində 277 təşkilatın layihəsi qalib olmuşdur. Aprel ayının ikinci ongünlüyündən qalib QHT-lər ilə müqavilələrin imzalanma mərhələsi başlamış və bu proses may ayının ilk yarısında yekunlaşmışdır.

Müqavilələrin imzalanma mərhələsində QHT-lər tələb olunan sənədlər toplusu ilə birlikdə layihələrə təhkim olunmuş proqram məsləhətçiləri ilə müvafiq vaxt müəyyənləşdirmişdir.

Qeyri-Hökumət Təşkilatları ilə müqavilələrin bağlanması prosesində qarşıya çıxan bəzi problemlərə nəzər salaq:
-Bəzi Qeyri-Hökumət Təşkilatlarının Dövlət Reyestrindən çıxarışının müddətinin bitməsi;
-Layihələrin icrasına cəlb olunan “layihə heyətinin” (təlimçi, ekspert, mühasib, hüquqşünas və s.) kifayət qədər peşəkar olmaması (Bəzən ümumiyyətlə nəzərdə tutulmuş məsələlərə aidiyyatının olmaması);
-Layihənin ilkin təqdim olunan versiyasında göstərilən regionların əsassız dəyişdirilməsi (Layihələr ekspertlər tərəfindən qiymətləndirilərkən icra olunacağı coğrafi ərazi xüsusi əhəmiyyət kəsb edir və layihənin uğurlu nəticələnməsi baxımından müstəsna rola malikdir);
-Layihənin xərclər smetasının əsas maddələrinin əsassız dəyişdirilməsi (Məsələn: əgər layihənin ilkin formasında sorğunun keçirilməsi, film və yaxud sosial çarxın çəkilişi, kitab nəşri və s. nəzərdə tutulubsa, layihənin qiymətləndirilməsi zamanı bu maddə nəzərə alınmışdır, icradan çıxarılacağı təqdirdə layihənin keyfiyyəti və nəticəliliyi şübhə altına düşür);
-Layihənin icrasında təlim, seminar, konfrans, festival, sərgi, Dəyirmi masa və ya görüşlərin keçirilməsi nəzərdə tutulubsa, xərclər smetasına foto və video çəkilişlərin daxil edilməməsi;
-Layihənin fəaliyyət planında bəzi adları keçən dövlət qurumlarının, televiziya kanallarının layihədən məlumatsız olmaları (Dəstək məktubunun olmaması);
-Layihənin ilkin versiyasında qeyri-hökumət təşkilatının donordan istədiyi maliyyənin məbləğinin şişirdilmiş olması səbəbindən Şura tərəfindən layihənin real xərcləri hesablanaraq müəyyənləşdirilən məbləğ əsas göstərilərkən keçiriləcək tədbirlərin (təlim, seminar, konfrans, festival, sərgi, Dəyirmi masa, görüş və s.) sayının kəskin şəkildə azaldılması;
-QHT-lərin ilkin olaraq sistemə layihəni daxil edərkən əlaqə vasitələrini düzgün qeyd etməməsi (Nəticə etibarıilə QHT ilə əlaqə yaratmaq çətinləşir).

Müqavilələr imzalandıqdan sonra Qrant müqaviləsinin Ədliyyə Nazirliyində qeydiyyata alınmasını təsdiq edən müvafiq bildirişin (Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanına uyğun olaraq) təqdim olunması ilə layihələrin icrasına başlanılır. Layihələrin icra səviyyəsinin yüksəlməsi, uğurlu nəticələrin əldə olunması üçün Katibliyin müvafiq proqram icraçıları mütəmadi olaraq QHT ilə əlaqə yaradaraq, qarşıya çıxa biləcək çətinliklərin vaxtında aradan qaldırılmasına, biləvasitə layihənin uğurlu icrasına birbaşa dəstək göstərirlər.

8iyun 2016-ci ildə Şura II Maliyyə Yardımı müsabiqəsinin yekunlarını müəyyənləşdirdi. Qalib olmuş QHT-ləri təbrik edir, müqavilələrin imzalanma prosesində qarşıya çıxan suallar ilə bağlı Katibliyin proqram məsləhətçilərinə müraciət etmələrini və yuxarıda sadalanmış məsələləri də diqqətdə saxlamalarını xahiş edirik.

Ramin Cəfərov
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin aparıcı məsləhətçisi

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR