Şuranın dəstəyi ilə keçirilən layihə başa çatdı – Hesabat

Şuranın dəstəyi ilə keçirilən layihə başa çatdı   – Hesabat

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsi başa çatıb.

İB-dən verilən məlumata görə,  layihənin icrası zamanı qarşıya qoyulan məqsədlərə nail olunub, müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası öyrənilib, bu qruplarla Quba (20 may, 2016) və Qax şəhərlərində (04 iyun, 2016) görüşlər keçirilib. Həmçinin Bakı şəhərində bu sahədən yazan jurnalistlər və tələbələr üçün “Azərbaycan mətbuatında multikulturalizm ənənələri” mövzusunda seminar (27 may, 2016, BMM) təşkil olunub.  

Layihə çərçivəsində görülən bütün işlər barədə mətbuatda  (klassik və yeni media) məlumatların dərc olunmasına səy göstərilib. Ümumilikdə layihə çərçivəsində keçirilən görüşlər və araşdırma yazıları 21 qəzet, sayt və internet portalında 70 dəfə yayımlanıb. Bu fəaliyyət zamanı əsas diqqət milli və dini siyasətə yönəldilib. Hazırlanan  məqalələr və hesabatlarda ölkənin milli siyasətinin müxtəlif millət, etnik  qrup  və  dini  azlıqların  birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında  müəyyənləşdirildiyi qeyd olunub.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR