Əməkdar artist Suqra Bağırzadə uzun fasilədən sonra yenidən film sahəsinə qayıdıb.
Aktual.az-ın Axşam.az-a istinadən məlumatına görə, aktrisa “ATV Maqazin” verilişində yeni filmlərə çəkildiyini bildirib:
“Bu yay “Zaman adlı qatar” filmində çəkildim. “Avropalı gəlin”adlı daha bir bədii filmdə rol aldım. Orada fransız xanımın rolunu ifa edirdim”.