Sumqayıtda zərərli dini ədəbiyyat və disklər aşkar edildi

Sumqayıtda zərərli dini ədəbiyyat və disklər aşkar edildi

Daxili İşlər Nazirliyi Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə reyd keçirib.

Aktual.az DİN-ə istinadən bildirir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində keçirdikləri birgə tədbirlər nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb. 
 
Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.
 
Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.
 
Aktual.az
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR