Sumqayıt şəhərində 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.
Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 496 dəfə oxunub.