Sumqayıtda qardaş bacısını öldürdü

Sumqayıtda qardaş bacısını öldürdü

Sumqayıt şəhər sakini bacısını qətlə yetirib.

Aktual.az  xəbər verir ki, bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. O, əməlini etiraf edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR