Sumqayıtda küləyin qopardığı budaq 10 yaşlı qızın başına düşüb

Sumqayıtda küləyin qopardığı budaq 10 yaşlı qızın başına düşüb

Sumqayıtda şəhərində güclü külək daha bir fəsad törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, anası ilə gedən, 2009-cu il təvəllüdlü Qədəlili Aylin Sadiq qızının başına ağacdan qırılan budaq düşüb. Ağır xəsarət alan A. Qədəlili baş-beyin travması diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 10 yaşlı qızın vəziyyəti ağır qiymətləndirilir.
 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR