Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.
"Report"un Sumqayıt -Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib.
Belə ki, təqribən, 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 512 dəfə oxunub.