Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.
Aktual.az xəbər verir ki, hadisə şəhərin "Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb.
Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb.
Ağır bədən xəsarətləri alan S.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.(apa.az)
Xəbər 550 dəfə oxunub.