Sumqayıtda dənizdən kişi meyiti tapılıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.
Cəsəd FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.
Hazırda cəsədin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 376 dəfə oxunub.