Bu gün Sumqayıtda qətlə yetirilmiş gənc qızın şəxsiyyəti dəqiqləşdirilib.
Lent.az-ın məlumatına görə, Corat qəsəbəsində fərdi yaşayış evində çoxsaylı zərbələrlə qətlə yetirilən gənc qız 1992-ci il təvəllüdlü Salayeva Səbinə Cavanşir qızı olub.
Qətlin hansı zəmində, hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik tam məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
***
Bu gün Sumqayıt şəhərində gənc qızın meyiti tapılıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Corat qəsəbəsində yaşayan qızın meyiti yaxınları tərəfindən yaşadığı evdə tapılıb. Gənc qızın meyiti qan içində olub.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşlıarı araşdırma aparır. Məlumat veriləcək.