Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib.
Aktual.az Avtosfer.az-a istinadən xəbər verir ki, Babək prospektində – "Hipper" marketin qarşısında sərnişin avtobusu yolu qaçaraq keçməyə çalışan qızı vuraraq üstündən keçib.
Oxucuların göndərdiyi videodan da məlum olur ki, qız anası ilə yolu keçməyə çalışır. Lakin o, anasından ayrılaraq qəflətən yolu qaçaraq keçmək istəyir. Yolu keçərkən qız ancaq sola baxır. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçir. Piyada aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. Qızın ölüm anı və ananın fəryadı sadəcə, dəhşətdir.
Faktla bağlı araşdırma aparılır.