Sumqayıtda yaşlı kişi özünü asaraq intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Əmrah Ruhəddinov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Xəbər 470 dəfə oxunub.