Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.
Belə ki, şəhərin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib.
Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.