Sumqayıt şəhərində 15 günlük uşaq qaynar sudan yanıb.
Aktual.az report-a istinadən xəbər verir ki, 2018-ci il təvəllüdlü yerli sakin Əliyev Əli Hətəmxan oğlu yaşadığı İnşaatçılar qəsəbəsi, ev 3/36 mənzil 9 ünvanında nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.
O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Azyaşlı 15 gün bundan öncə dünyaya gəlib.
Faktla bağlı araşdırma aparılır.