Azərbaycanda 480 min dollarlıq dələduzluq olub.
Aktual.az report-a istinadən xəbər verir ki, Sumqayit şəhər sakini, 1981-ci il təvəllüdlü Faiq Əmənov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, tanışı Hikmət adlı şəxs 2012-2016-cı illər ərzində onun etimadından istifadə edərək 480 min ABŞ dolları pulunu ələ keçirib.
Faktla bağlı araşdırma aparılır.
Hikmət adlı şəxsin şəxsiyyətinin dəqiqiləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər 469 dəfə oxunub.