Sumqayıtda 22 yaşlı oğlan sevdiyi qıza görə intihara cəhd edib.
Aktual.az-ın Report-a istinadən xəbərinə görə, şəhərin Tağıyev qəsəbə sakini, 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirərək intihar etmək istəyib.
O, ağır vəziyyətdə xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.
Araşdırmalar zamanı E.Həmidlinin sevdiyi qızdan ayrıldığı üçün intihar etmək istədiyi məlum olub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Aktual.az
Xəbər 354 dəfə oxunub.