Sumqayıt şəhərində yerli sakin öz mənzilində ölmüş vəziyyətdə tapılıb.
Aktual.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1979-cı il təvəllüdlü Ağamaliyev Nizami Yaşar oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Xəbər 475 dəfə oxunub.