Sumqayıt sakininə qarşı 50 000 manatlıq dələdzuluq edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər sakini 1975-ci il təvəllüdlü Məmmədli Natiq Bəyəndik oğlu Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq məlumat verib.
N.Məmmədli qeyd edib ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Sevinc İbrahimova 2013-cü ildə onun 50 min manat pulunu alıb, lakin indiyədək geri qaytarmayıb.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Xəbər 291 dəfə oxunub.