Sultan Süleymanın iç orqanlarının basdırıldığı yer aşkarlandı

Sultan Süleymanın iç orqanlarının basdırıldığı yer aşkarlandı
  • DÜNYA

Qanuni Sultan Süleymanın Macarıstandakı məzarı tapılıb.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) apardığı araşdırma işləri nəticəsində 1566-cı ildə dünyasını dəyişən Qanuni Sultan Süleymanın daxili orqanlarının dəfn edildiyi yer tapılıb. Türkiyənin Budapeştdəki səfiri Şakir Fakılının iştirakı ilə TİKA-nın dünən təşkil edilən mətbuat konfransında Qanuni Sultan Süleyman Türbəsinin yerinin tapıldığı bildirilib. Araşdırmanı həyata keçirən qrupun rəhbəri professor Norbert Pap belə bir təşəbbüsün 2010-cu ildə gündəmə gəldiyini, 2012-ci ildə razılaşmanın imzalandığını qeyd edib: “1664-ci ildə Macarıstanı ziyarət edən Övliya Çələbi burada Osmanlı türbə və məscidinin olduğunu bildirib. Bu cür məlumatları əsas götürərək araşdırmalar nəticəsində Zigetvarda Üzüm Təpəsi adı verilən yerdə Osmanlı dövrünə aid məkanın yanında Qanuni Sultan Süleymanın daxili orqanlarının dəfn edildiyi sahəni tapdıq”.

ODTÜ Memarlıq tarixi fakültəsinin professoru Ali Uzay Peker tapılan qalıqların 99 faiz Qanuninin daxili orqanlarının dəfn edildiyi türbə olduğunu açıqlayıb. Bildirib ki, minarənin olmaması buranın türbə olduğunu göstərir.

Qeyd edək ki, Sultan Süleyman Qanuninin ürəyinin və daxili orqanlarının Macarıstanda hara basdırıldığı əsrlərlə mübahisə mövzusu olub. Belə ki, türk alimləri Zigetvar yaxınlığında olduğu bilinən türbənin, qalaya 3 km məsafədəki kilsəsinin altında olduğunu düşünürdü. Ancaq Macarıstan elm adamları, TİKA-nın da dəstəklədiyi bir araşdırma başladıb 2013-cu ilin sentyabrında jurnalistlərin də iştirak etdiyi mətbuat konfransı ilə türbənin ehtimalla qalaya 5 km məsafədəki Zsibot üzüm bağlarında olduğunu açıqlayıb. Professor Papın 2013-cü ildəki açıqlamasından sonra Budapeşt ELTE Universitetinin müəllimi Zoltan Naqye isə türbənin bu iki yerdə deyil, qalaya 2 km məsafədəki meşəlik bir sahədə olduğunu bildirib.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR