Bruney sultanı ölkədə Milad və Yeni il bayramlarının qeyd edilməsini yasaqlayıb. Dini İşlər Nazirliyi ölkədəki bütün şirkətlərə və ticarət obyektlərinə məktub yollayaraq dükanların vitrinlərindən bu bayramlarla bağlı hər şeyin yığışdırılmasını tələb edib.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, tam ad və soyadı Hacı Həsənnəl Bolkiaz Muizuddin Vaddauulhibni əl Mərhum Sultan Hacı Ömər Əli Səifuddin Səad ül Hair və Uddin olan dövlət başçısı habelə Milad və Yeni il günlərində bayram tədbirlərini, habelə bu günlərin evlərdə qeyd edilməsini də yasaqlayıb.
"Müsəlmanlar ehtiyatlı olmalıdırlar. İslamla bağlı olmayan bayramları qeyd etmək müsəlmanların etiqadına zərər vura bilər. Məsələn, müsəlman uşaqlar, yeniyetmələr və ya böyüklər Santa-Klaus papağını başlarına qoysalar, bu, Şəriət qaydalarının pozulmasıdır", - sultanın fərmanında deyilir.
Yasağı pozanları 5 il həbs və ya 20 min dollar məbləğində cərimə gözləyir.
Bruneydə yaşayan xristianlar Milad və Yeni ili yalnız icmalarının daxilində bayram edə bilərlər.