"Laçın yolunda, Rusiyanın Sülhməramlı Kontingentinin dislokasiya məntəqəsinin tam qarşısında azərbaycanlı "ekoloq"ların aksiyası davam edir. Onlar Ermənistandan Qarabağa gedən yolu kəsiblər. Üstəlik, aksiyada Azərbaycanın daxili qoşunlarının hərbçiləri və polislər də iştirak edirlər".
Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru Mixail Aleksandrov deyib.
Onuni sözlərinə görə, aksiya iştirakçıları rusiyalı sülhməramlılara qarşı güc tətbiş etsələr, Rusiya cavab vermək məcburiyyətində qalacaq.
"İlham Əliyev indi situasiyadan istifadə edərək Laçın dəhlizini Azərbaycanın nəzarət edəcəyi dəhlizə çevirmək istəyir. Hələlik alınmır, amma belə davam edərsə, iş toqquşmalara qədər gedib çıxa bilər.
Əgər onlar bizim sülhməramlılara hücum etsələr, hansısa tədbirlər görməli olacağıq. Birbaşa təmasların olmadığı savaşa başlaya bilərik. Bakıya raket zərbələri endirmək, Azərbaycanın neft-qaz infrastrukturunu bombalayıb məhv etmək mümkündür.
Raket zərbələri ilə Azərbaycanın enerji sistemini bütünlüklə məhv etmək olar.
Yeri gəlmişkən, Qərb də bundan xeyli ziyan çəkəcək.
Azərbaycan bizimlə strateji tərəfdaşlıq və müttəfiqlik barədə anlaşma imzalayıb, lakin bu sənədlə pərdələnərək öz məqsədlərinə çatmaq istəyir", - M.Aleksandrov deyib. (Milli.Az)
Xəbər 255 dəfə oxunub.