Sülhməramlılar erməniləri müşayiət etməkdən imtina etdi

Sülhməramlılar erməniləri müşayiət etməkdən imtina etdi

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) "aksiyası”nı müşayiət etməkdən imtina edib.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR