Sülh Şurasının rəsmi internet saytı istifadəyə verilib.
Aktual.az xəbər verir ki, bu barədə Sülh Şurası məlumat yayıb.
Məlumata görə, "Boardofpeace.org” saytının yaradılmasında təsisçi qismində 26 dövlət iştirak edib və onların arasında Azərbaycan da yer alır.
Bildirilib ki, platformanın yaradılmasında əsas məqsəd qurumun fəaliyyəti, təşəbbüsləri, eləcə də beynəlxalq əməkdaşlıq, dialoq və sülhün möhkəmləndirilməsi sahəsində həyata keçirilən layihələr barədə məlumat verməkdir.
Saytda Şuranın məqsədləri, üzv dövlətlər, hazırkı proqramlar və planlaşdırılan tədbirlər barədə məlumatlar yerləşdirilib.
Xəbər 65 dəfə oxunub.