Amerikalı demokrat senator Mark Uorner ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planını sərt tənqid edib.
Aktual.az xəbər verir ki, "Foks Nyus”a açıqlamasında Uorner sülh planını tarixi cəhətdən pis bir razılaşma adlandırıb.
"Sənəd faktiki olaraq Ukraynanın tam kapitulyasiyasını nəzərdə tutur və 1938-ci ildə İkinci Dünya müharibəsindən əvvəl Adolf Hitlerin tələblərinə tabe olan Nevill Çemberlenin məşhur sakitləşdirmə cəhdinə bənzəyir. Sülh planının ilkin versiyası yalnız Rusiyanın mövqeyi nəzərə alınmaqla hazırlanıb, Ukraynanın maraqları nəzərə alınmayıb. Hamımız sülh istəyirik, amma Kreml lideri Vladimir Putini mükafatlandıran sülhü yox”, - Uorner bildirib.
Xəbər 55 dəfə oxunub.