Azərbaycanla sülh müqaviləsi layihəsi 80-90 faiz razılaşdırılıb.
Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin "Outreach” / "BRİKS+” formatının ilk plenar iclasında çıxışında deyib.
"Həm Ermənistan, həm də Azərbaycan ötən aylarda dəfələrlə bəyan ediblər ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi ən azı 80-90% razılaşdırılıb”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, gücdən istifadə etməmək və gücdən istifadə etməmək prinsipinə riayət edilməsi, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması ilə bağlı artıq tam şəkildə razılaşdırılıb.
Xəbər 370 dəfə oxunub.