Süleyman Mikayılov bu ağır gündə - QƏBULA GƏLƏNLƏRİ QOVDU

Süleyman Mikayılov bu ağır gündə  - QƏBULA GƏLƏNLƏRİ QOVDU

Süleyman Mikayılov «bahalaşma mənlik məsələ deyil» deyərək, insanları binadan çıxartdırıb

Aktual.az Jam.az-a istinadən xəbər verir ki, Azərbaycanın müxtəlif rayonlarında bahalaşma ilə əlaqədar keçirilən etiraz aksiyalarından sonra bütün icra başçıları maksimum dərədəcə həssas davrandıqları bir vaxtda, Qaradağın icra başçısı Süleyman Mikayılov problem yaratmağa başlayıb.

İcra başçısının atdığı bəzi addımlar isə rayonda durumu gərginləşdirə bilər.

Belə ki, bu gün səhər saatlarında Qaradağ İcra Hakimiyyətində qəbula gələnlərlə icra başçısı arasında narazılıq yaranıb. Daha doğrusu, bahalaşmayla bağlı etirazlarını dilə gətirən və tədbir görmək üçün Süleyman Mikayılovdan yardım istəyən insanlar qəbuldan qovulub. Bu isə camaatla rəhbərlik arasında narazılığın yaranmasına səbəb olub.

İcra başçısı qəbula gələnlərə deyib ki, məsələ onluq deyil.

Maraqlıdır, əgər rayona rəhbərlik etmək Süleyman Mikayılovluqdursa, bəs, bahalaşmayla bağlı tədbir görmək kimlikdir? Axı, indiki həssas məqamda icra başçıları maksimum dərəcədə ortalığı sakitləşdirməyə, insanları dinləməyə çalışır ki, sabah problem yaşamasın. Amma görünən odur ki, Qaradağın icra başçısı ya vəziyyəti yaxşı analiz edə bilmir, ya da qorxusuzluğu o həddədin ki, yaşanacaq olaya əhəmiyyətsiz yanaşır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Jam.az

Xəbər 5493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR