Sükan arxasında yuxuya getdi - Ağır qəza törətdi

Sükan arxasında yuxuya getdi - Ağır qəza törətdi

Qazax rayonunda baş vermiş avtoqəzada sürücü və bir sərnişin ağır xəsarət alıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yuxarı Salahlı kəndində baş verib.

"Nissan" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə sərnişin, Şəmkir rayon Keçili kənd sakini, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu və sürücü Ələkbərov Elsəvər Rövşən oğlu ağır xəsarət alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Ü.Əjdərli Travmatologiya şöbəsinə, R.Ələkbərov vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, avtoqəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 697 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR