İraqın Süleymaniyə şəhərində dənizdə boğulan 2 yaşlı Aylan Kürdinin xatirəsinə heykəl ucaldılıb.
Aktual.az axar.az-a istinadən bildirir ki, heykəltəraş Bəxtiyar Hələbçəyinin hazırladığı "Köçün elçisi Aylan Kürdi heykəli" Azadi parkında qoyulub. Heykəltəraş 5 aya bitirdiyi, 3.5 metrlik Aylan Kürdi heykəlinin immiqrant problemini simvolizə etdiyini bildirib:
"Aylanın ürəkləri dağladan dramından sonra immiqrantlara bütün qapılar açıldı. Bu problem bütün dünyanın gündəminə gəldi".
Xatırladaq ki, 2015-ci il sentyabrın 2-də qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan suriyalı immiqrantları aparan gəminin batması nəticəsində 5 nəfər həlak olmuşdu. Cəsədi sahilə çıxan 2 yaşlı Aylan Kürdi ilə qardaşı Qalib və anası Zahin Kürdi də vəfat etmiş, təkcə atası Abdulla Kürdi xilas olmuşdu.