"Su-24"-ün "qara qutusunun" oxunulması ilə bağlı brifinq keçiriləcək

  • DÜNYA

Rusiyanın Müdafiə Nazirliyi  Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindənn vurulan "SU-24" bombardmançı  təyyarəsinin "qara qutusunun" oxunulması ilə bağlı brifinq keçirəcək. 

Aktual.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Dekabrın 18-də saat 10.00-da (Bakl vaxtı ilə 11.00-da) Dövlətlərarası Aviasiya Komitəsində Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin noyabrın 24-də Suriyada Türkiyəyə məxsus qırıcı təyyarə tərəfindən vurulan Rusiyanın "Su-24M" təyyarəsinin "qara qutuları"nın oxunulması proseduruna başlanılması ilə əlaqədar brifinq keçirəcəklər", deyə məlumatda bildirib.     
 
Türkiyə tərəfi Rusiya təyyarəsini ölkənin hava məkanını pozduğuna görə vurduğunu iddia edir. Rusiya tərəfi isə təyyarənin Türkiyə sərhədini pozmadığını və Suriya hava məkanında vurulduğunu iddia edir.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR