"Su-24” təyyarəsinin ikinci pilotu xilas edildi

  • DÜNYA

Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan Rusiyaya məxsus  “Su-24” təyyarəsinin ikinci pilotu suriyalı hərbçilər tərəfindən təxliyə olunub.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Al Mayadeen”  məlumat yayıb.   

Məlumatda qeyd olunur ki, pilotla əlaqə altı saat davam edən axtarışdan sonra bərpa olunub. Suriya ordusunun xüsusi təyinatlıları rusiyalı pilotu silahlıların nəzarəti altında olan ərazidən iki saata çıxara bilib.  

Hazırda pilotun Rusiyanın Xmeymim aviabazasında təhlükəsiz şəraitdə olduğu qeyd edilir.

Məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.  

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR