“Su-24” təyyarəsində həlak olan pilotun ailəsinə mənzil verilə bilər

“Su-24” təyyarəsində həlak olan pilotun ailəsinə mənzil verilə bilər

2015-ci il noyabrın 24-də Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin həlak olan pilotunun ailəsinə Antalyada mənzil verilə bilər.

Bu təklif Antalyanın Kemer rayon bələdiyyəsinin sədri Mustafa Gül tərəfindən irəli sürülüb.

Rusiyanın Antalyadakı baş konsulluğunu ziyarət edən bələdiyyə sədri KİV-ə açıqlamasında diplomatik nümayəndəlikdə keçirdiyi görüş barədə məlumat verib. Rusiya-Türkiyə əlaqələrinin bərpa edilməsinin hər iki ölkə xalqlarının maraqlarına uyğun olduğunu bildirən M.Gül deyib: “Baş konsulluğa gələndə Türkiyənin ən gözəl şirniyyatlarından gətirdim ki, qoy əlaqələrimiz həmişə şirinlik üzərində qurulsun. Əgər təklifimiz qəbul olunsa, ötən il noyabrın 24-də həlak olan rusiyalı pilotun ailəsini mənzillə təmin edəcəyik”.//Azərtac.az

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR