Stubb qəfil Berlinə getdi: Uitkoffla qapalı görüş

Stubb qəfil Berlinə getdi: Uitkoffla qapalı görüş
  • DÜNYA

Finlandiya Prezidenti Aleksandr Stubb gözlənilmədən Ukrayna məsələsi ilə bağlı Berlində keçirilən sammitə gəlib və ABŞ-ın xüsusi nümayəndələri ilə qapalı görüş keçirib. Onun bu səfərinin danışıqlar prosesinə təsir göstərə biləcəyi bildirilir.
Aktual.az xəbər verir ki, bu barədə "Bild” nəşri məlumat yayıb.
Məlumata görə, Stubb ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə təxminən 20 dəqiqəlik görüş keçirib. Finlandiya lideri ABŞ və Ukrayna arasında vasitəçi kimi çıxış edərək, Moskvanın yalnız Ukrayna üçün deyil, eyni zamanda qonşu Finlandiya üçün də təhlükə yaratdığını vurğulayıb.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın etibarlı şəxslərindən biri sayılan Stubb daha əvvəl Trampla Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib. O, danışıqlarda Moskvanın ənənəvi taktikalarına diqqət çəkib.
Gözləntilərə görə, Aleksandr Stubbun mövqeyi ABŞ tərəfinin danışıqlardakı yanaşmasına təsir göstərə bilər.
Xəbər 70 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR