NATO-nun Rusiya-Ukrayna münaqişəsinə cəlb olunacağından ehtiyat etdiyim üçün öncədən Ukrayna Prezidenti Vladimir Zelenskinin hərbi əməliyyatlara kömək məqsədilə etdiyi xahişləri rədd etdim.
Aktual.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
"Rusiya qüvvələri Kiyev yaxınlığında olanda Zelenski məndən Ukrayna üzərindəki hava məkanını bağlamağımı xahiş etdi. Bu, ağrılı idi, amma izah etdim ki, NATO hava məkanını bağlasa, ilk növbədə Rusiyanın bütün hava hücumundan müdafiə sistemlərini məhv etməli olacağıq, çünki Rusiya raketlərinin NATO təyyarələrini vura biləcəyi ərazidə uça bilmərik. Ukrayna ərazisi üzərində Rusiya təyyarələrini vurmalı və sonra NATO olaraq müharibədə iştirak etməli olacaqdıq”, - o bildirib.
Xəbər 52 dəfə oxunub.