İŞİD-in Suriyadakı mövqeləri haqqında məlumatları Moskva ilə bölüşməyə çağırmışdı
NATO baş katibi Yens Stoltenberq Moskvanı Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə çağırıb.
Bu barədə məlumat "Reuters" informasiya agentliyində yer alıb.
Stoltenberq ölkə ərazisində raket zərbələrinin endirilməsi ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, alyans Rusiyanı İŞİD terror təşkilatı ilə mübarizəyə yönəlməyə səsləyib.
Xatırladaq ki, Vladimir Putin Vaşinqtonu İŞİD-in Suriyadakı mövqeləri haqqında məlumatları Moskva ilə bölüşməyə çağırmışdı.