NATO-nun baş katibi Yan Stoltenberq alyansla Rusiya arasında gedən danışıqları şərh edib.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Rusiya-NATO çərçivəsində keçirilən iclaslarda dünyanın müxtəlif bölgələrində gərginləşən hərbi-siyasi vəziyyət müzakirə olunub.
NATO-Rusiya danışıqlarının nəticələrinə toxunan Stoltenberq Moskva ilə heç bir məsələdə yaxınlaşma olmadığını bildirib.
Əsas fikir ayrılığının Ukrayna problemi ətrafında olduğuna diqqət çəkən NATO-nun baş katibi bu sahədə hələlik heç bir irəliləyişin olmadığını vurğulayıb.
Bütün bunlar isə ondan xəbər verir ki, dünyada geosiyasi vəziyyət gərginləşməkdə davam edəcək.