Stokholmda güclü partlayış: yaralılar var - FOTO

Stokholmda güclü partlayış: yaralılar var   - FOTO
  • DÜNYA

İsveçin paytaxtı Stokholmda partlayış baş verib.
Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, paytaxtdakı çoxmərtəbəli binalardan birinin zirzəmisində güclü partlayışdan sonra yanğın başlayıb. Bina sakinlərindən 10 nəfər xəsarət alıb. Digər sakinlər dərhal təxliyə ediliblər.

Yerli polis partlayış və yanğın nəticəsində binanın zədələndiyini, uçma təhlükəsinin yarandığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq iki nəfərin saxlandığı məlum olub.

Xəbər 256 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR