"Almaniya ATƏT-in sədri kimi Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına çalışır".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Tbilisidə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işləri naziri Frank-Valter Ştaynmayer deyib.
Onun sözlərinə görə, bu regionda sülhün qorunması və möhkəmləndirilməsi, bu münaqişənin tammiqyaslı nizamlanması üçün səylər göstərmək lazımdır.