Britaniyanın Baş naziri Keyr Starmer vəzifəyə gəldikdən sonra ilk səfərini Almaniya edib.
Aktual.az xəbər verir ki, səfərin məqsədi ölkələr arasında yeni tərəfdaşlığı müzakirə etmək, "Brexit"dən sonra Almaniya ilə AB əlaqələrini yenidən qurmağa çalışmaqdır.
Starmer Almaniya ilə yeni ikitərəfli sazişin işə salınması, yeni təhlükəsizlik və müdafiə müqaviləsinin hazırlanması ilə bağlı Olaf Şoltsla danışıqlar aparacaq.
Qeyd edilir ki, Starmerin Parisə də səfəri gözlənilir.
Xəbər 162 dəfə oxunub.