"Stadionu bərbad günə salanlar cəzalanmalıdır" - Deputat

  • İDMAN

“Qarabağ” klubunun rəqibi “Seltik” heç də zəif komanda deyil. Düşünürəm ki, rəqibin belə güclü olmasına baxmayaraq, “Qarabağ” qalib gələcək.

Aktual.az xəbər verir ki, bunu azvision.az-a millət vəkili Aqil Abbas deyib. 

Milli Məclis üzvü bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasına görə aidiyyatı şəxslər cəzalanmalıdır.

“Stadionun ot örtüyünə nəzarəti ingilislər edirdi. Oyundan sonra hansı şirkət bu işi həyata keçirirdisə, o da öz cəzasını almalıdır. Amma bütün bunlara baxmayaraq, “Qarabağ”a inanıram. Hər zaman klubumuza inanmışam. Futbolda udmaqla bərabər, uduzmaq da var, amma əsas odur ki, yaxşı oyun göstərəsən. İnanıram ki, “Qarabağ” hər zaman olduğu kimi yenə də yaxşı oyun göstərəcək”. 

 
Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR