Stadiona ildırım düşdü: 10 futbolçu yaralandı

Stadiona ildırım düşdü:   10 futbolçu yaralandı
  • DÜNYA

Bosniya və Herseqovinanın "Oraşye" futbol komandasının məşq etdiyi meydançaya ildırım düşüb. 

Aktual.az report-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində 10 futbolçu xəsarət alıb.

Həkimlər 19 yaşlı futbolçu Adin Alihodziçin vəziyyətinin ağır olduğunu və həyati təhlükəsinin davam etdiyini bildiriblər. Bundan başqa, 3 futbolçu xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Oraşye" Bosniya və Herseqovinanın ikinci liqasında mübarizə aparır və eyniadlı şəhəri təmsil edir.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR