Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Vaqif Sadıqlı, Azərbaycan hökuməti və xalqına təşəkkürünü bildirib.
Aktual.az "Report”a istinadən xəbər verir ki, ÜST-nin baş katibi bunu öz "Twitter” səhifəsində yazıb.
"Səfir Vaqif Sadıqlı, onun hökuməti və Azərbaycan xalqına koronavirusa reaksiya olaraq maliyyə dəstəyinə görə təşəkkür edirəm. ÜST həmrəyliyinizə görə minnətdardır. Birlikdə daha təhlükəsiz dünyaya doğru”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin "Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində "COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.
Xəbər 333 dəfə oxunub.