"SSRİ-ni yenidən qurmaq planımız..." - Lavrov


"Rusiyanın nə SSRİ-ni yenidən qurmaq planları, nə də hər hansı imperiya ambisiyaları var".

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
Lavrovun qənaətinə görə, Rusiyanın imperiya ambisiyalarının olması və SSRİ-ni yenidən qurmaq planları barədə fikirlər fantastika janrına aiddir və ciddi qəbul edilməməlidir. Onun sözlərinə görə, Rusiya keçmiş sovet respublikalarının müstəqillik seçiminə həmişə hörmətlə yanaşıb: "Biz onlarla əməkdaşlığı müxtəlif formatlarda maraqların qarşılıqlı nəzərə alınması və bərabərlik prinsipləri əsasında qururuq".
 
Lavrov həmçinin bildirib ki, Rusiya postsovet məkanı ölkələrinə, xüsusilə Mərkəzi Asiya dövlətlərinə ciddi yardım göstərir: "On il ərzində Rusiya Mərkəzi Asiya dövlətlərinə 6,7 milyard dollar məbləğində yardım edib. İkitərəfli əsasda təmənnasız maliyyə yardımı 4 milyard dollardan çox olub. Yardımın həcmi BMT xətti ilə - 570 milyon, Dünya Bankı və digər strukturların xətti ilə isə 1,3 milyard dollar, Avrasiya İqtisadi Birliyinin xətti ilə 592,3 milyon dollar təşkil edib".
 
Aktual.az
Xəbər 3283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR