SSRİ-ni onlar dağıtdılar - Qorbaçovdan şok sözlər

SSRİ-ni onlar dağıtdılar   - Qorbaçovdan şok sözlər

Qərb istəmirdi ki, SSRİ güclü, demokratik dövlət olsun.

Aktual.az axar.az-a istinadən xəbər verir ki, bunu “İnterfaks” agentliyinə müsahibəsində SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov söyləyib.

Onun sözlərinə görə, bəzi amerikalı siyasətçilər Qorbaçovu öz planları üçün maneə kimi görürdülər:

“Onlar sonradan açıq şəkildə Boris Yeltsinə yatırım etdilər. Məqsəd güclü demokratik dövlətin yaranmasına maneə yaratmaq idi. Xatırlayın, SSRİ nə vaxt dağıldı və Qərbin bu faciəvi hadisəyə reaksiyası nə oldu? Onlar deyirdilər ki, bunu bizə Allah göndərib. ABŞ indi də Rusiyaya qarşı bu siyasəti həyata keçirir. Onlar birtərəfli qərarlar verirlər. Hətta demokratik yolla seçilən Obama belə bu kursu dəyişdirə bilmədi”.

Aktual.az

Xəbər 11617 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR