SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR: həmin qadağa qüvvədən düşdü

SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR: həmin qadağa qüvvədən düşdü

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətin müddəti bitib.
 
Lent.az xəbər verir ki, bu gün saat 12:00-dan etibarən Nazirlər Kabinetinin müəyyənləşdirdiyi həmin qadağa qüvvədən düşüb.
 
Qeyd edək ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi "Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub. Lakin sonradan qadağanın müddəti may ayının 23-ü saat 12:00-dək geri çəkilib. 
 
Aktual.az
Xəbər 238 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR