Oktyabrın 18-dən bəri İstanbulda tərkibində zəhərli maddə olan spirtli içkilərdən ölənlərin sayı 26 nəfərə çatıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə çərşənbə günü "Milliyet" qəzeti xəbər yayıb.
Xəstəxanalara müraciət edən zəhərlənənlərin ümumi sayı 91 nəfərdir. Bildirilir ki, hazırda onların 9-u reanimasiyada, 6-sı isə palatalarda müalicə olunur.