Rusiyada spirt tərkibli tibbi preparatlar, o cümlədən "Valokordin" və "Boyarışkin" apteklərdə yalnız həkim reseptləri ilə satılacaq.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Xloponin deyib.
Qeyd edək ki, İrkutsk vilayətində "Boyarışkin" adlı spirt tərkibli vasitədən zəhərlənərək ölənlərin sayı artıq 63 nəfərə çatıb.
Belə ki, bu, spirt tərkibli kosmetik vasitədən içki kimi istifadə olunub.
Xəbər 531 dəfə oxunub.