Spiker: Azərbaycana Rusiyaya görə təzyiq göstərirlər

Spiker: Azərbaycana Rusiyaya görə təzyiq göstərirlər

"Rusiya yeganə ölkədir ki, Azərbaycan onunla dövlət sərhədlərinin delimitasiya prosesini tamamilə başa çatdırıb"

Aktual.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bir qrup rusiyalı jurnalistlə görüşündə Qərb ölkələrinin Azərbaycana təzyiqindən danışıb.

O bildirib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qalır.

"Azərbaycan öz siyasətini müstəqil şəkildə yürütmək niyyətindədir. Bizə qarşı təzyiqin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bizim prezident sərbəst siyasət aparmaq istəyir. Bu isə çoxlarının xoşuna gəlmir və bizə qarşı hücumların mahiyyəti də məhz bundan ibarətdir", - deyə Əsədov bəyan edib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığa dair 200-dən artıq saziş imzalanıb və Rusiya yeganə ölkədir ki, Azərbaycan onunla dövlət sərhədlərinin delimitasiya prosesini tamamilə başa çatdırıb.

O əlavə edib ki, iki ölkə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, uğurla hərbi əməkdaşlığı inkişaf etdirir.

Əsədov bildirib ki, bu gün respublikada 300-dən çox məktəb rus dilində tədris aparır və rus dili bütün ali təhsil müəssisələrdə keçirilir. Yüksək iqtisadi münasibətlərdən söz açan Milli Məclisin sədri qeyd edib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dolları təşkil edir və Azərbaycanda 300-ü rusiya kapitalına malik olan 500 şirkət fəaliyyət göstərir.

Rəşid Mustafazadə

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR